Danimarkada sağçı ekstremist qrup məscidin qarşısında Quranı yandırıb


Danimarkada İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qruplaşmasının üzvləri Dortheavej rayonunda İslam Cəmiyyətinə məxsus məscidin qarşısında cümə namazının sonunda Quranı yandırıblar.


İslama zidd pankartlar daşıyan və meqafonla İslamı təhqir edən qrup polisin sıx mühafizəsi altında təxribatı həyata keçirib.

Qrup üzvləri təxribat anlarını sosial media hesablarında canlı olaraq paylaşıblar.

Bu arada məscidin xaricində səsgücləndiricilərlə təşrik təkbirləri verilib, Quran oxunub.

Son vaxtlar İsveç və Danimarkada Qurana qarşı hücumlar intensivləşsə də, bu təxribatlara icazə verilməsi kəskin etirazla qarşılanır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu