Quranı yandıran Nikita Juravel 3,5 il müddətinə azadlıqdan məhrum edilib


Qroznının Visaitovski Rayon Məhkəməsi Quranı yandıran Nikita Juraveli 3,5 il müddətinə azadlıqdan məhrum edib.



Bu barədə Mash Telegram kanalı xəbər verib.

O, dindarların hisslərini təhqir etməkdə, ibadət yerlərində, dini ədavət zəminində xuliqanlıqda, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilməkdə təqsirli bilinib. Juravel cəzasını ümumi rejimli koloniyada çəkəcək.

2023-cü il mayın 4-də müttəhim Volqoqradda məscidin qarşısında Quranın yandırılmasının videosunu çəkib. İki həftə sonra video sosial şəbəkələrdə yayılıb. Juravelin sözlərinə görə, bundan bir qədər əvvəl Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi onunla əlaqə saxlayıb və tapşırığı on min rubla tamamlamağı təklif edib. Gəncin özü hərəkətinin nəticələri barədə düşünməyib, onu yalnız pul qazanmaq tamahı idarə edib.

İşdə 13 çeçen imam zərərçəkmiş kimi tanınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu