Məhkəmə Quranı yandıran Paludan haqqında həbs qərarı çıxardı
![](/uploads/posts/2023-07/1689842675_isvec-paludan-reutrs-1982616_1.jpg)
Ankara 8-ci Sülh Cəza Məhkəməsi Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandıran Danimarkanın ifrat sağçı Qatı İstiqamət Partiyasının (Stram Kurs) lideri Rasmus Paludan haqqında həbs qərarı çıxarıb.
Ankara Baş Prokurorluğu yanvarın 21-də İsveçin paytaxtı Stokholmdakı Türkiyənin səfirliyi qarşısında Qurani-Kərimi yandıran Paludan barəsində “Dini dəyərləri ictimai şəkildə təhqir etmək” ittihamı ilə başladılan istintaq davam edir.
İstintaq çərçivəsində Respublika Baş Prokurorluğu Paludan haqqında Ankara 8-ci Sülh Cəza Məhkəməsindən “ifadə alınmasına görə həbs” tələb edib.
Tələbi qiymətləndirən hakimlik Rasmus Paludan haqqında həbs qərarı çıxarıb.