İstanbulda saxlanılan məşhur teleaparıcı Metin Uca sərbəst buraxılıb


Haqqında olan axtarış qərarı ilə İstanbul hava limanında saxlanılan televiziya proqramçısı Metin Uca sərbəst buraxılıb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, nəzarətə alınan Metin Uca ifadəsi alındıqdan sonra azad edilib. Alınan məlumata görə, İstanbul Hava Limanından Ankaraya getmək üçün CIP terminalına gələn Uca Ümumi Məlumat Toplama (GBT) sistemi ilə sorğu-sual edilib. Edremit Sülh Cəza Hakimliyi tərəfindən açılan iddia çərçivəsində "ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək" cinayətinə görə axtarışda olduğu müəyyən edildikdən sonra Uca nəzarətə götürülüb.

Burhaniye Respublika Baş Prokurorluğundan verilən açıqlamada, Metin Ucanın barəsində aparılan istintaq çərçivəsində ifadəsinin alınması üçün 16 sentyabr və 30 noyabr 2022-ci il tarixlərində İstanbul Respublika Baş Prokurorluğuna göstəriş verildiyi bildirilib. “Şübhəli iki dəfə söz verməsinə baxmayaraq, ifadə verməyə gəlmədikdən sonra ifadə almaq üçün həbs qərarı ilə İstanbul Hava Limanında tutuldu və ifadəsi alındıqdan sonra sərbəst buraxıldı. İstintaq Edremit Respublika Baş prokurorluğu tərəfindən davam etdirilir" - deyə açıqlamada bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu