İraq İsveçdən Quranı yandıran iraqlı mühaciri ekstradisiya etməyi tələb edir


İraq hakimiyyəti İsveçdən Quranı yandıran iraqlı mühaciri mühakimə etmək üçün ekstradisiya etməyi tələb edib.


Bu barədə iyunun 29-da ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Agentliyin Twitter hesabında deyilir: “Quranı təhqir edən şəxs İraq vətəndaşıdır, ona görə də İsveç hakimiyyətini İraq qanunlarına uyğun olaraq məhkəməyə verilməsi üçün İraq hökumətinə təhvil verməyə çağırırıq”.

Qeyd edək ki, iyunun 28-də Qurban bayramının ilk günündə Stokholmda məscidin yaxınlığında Quran yandırılıb. Sonradan məlum olub ki, müqəddəs kitabın yandırılmasına razılığı İsveç polisi verib.

Krallığın baş naziri Ulf Hjalmar Kristersson bildirib ki, İsveç polisinin icazəsi qanuni, lakin yersizdir. Öz növbəsində NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, İsveçdə Quranın yandırılması qanunsuz deyil, ona görə də Skandinaviya ölkəsinin NATO-ya qəbulu ilə bağlı Türkiyə ilə danışıqlar davam etdirilməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu