İraq İsveçin "Ericsson" şirkətinin lisenziyasını ləğv edib


İraq rəhbərliyinin İsveç telekommunikasiya şirkəti "Ericsson"un ölkədəki lisenziyasını ləğv etdiyi açıqlanıb.


İraqın rəsmi İNA agentliyinin məlumatına görə, ölkənin Rabitə və İnformasiya Agentliyi İsveçdə Qurani-Kərimə qarşı törədilən hərəkətlərə görə "Ericsson" şirkətinin lisenziyasını ləğv etmək qərarına gəlib.

Bağdad rəhbərliyi İsveçin Bağdaddakı səfiri Cessika Svardstromun da ölkəni tərk etməsini istəyib.

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani də Xarici İşlər Nazirliyinə İsveçin İraqdakı səfirliyindən müvəqqəti işlər vəkilini geri göndərməyi əmr edib.

Bağdadda Sədr Hərəkatına bağlı şəxslər gecə saatlarında İsveç səfirliyinin binasına basqın edərək onun bəzi hissələrini yandırıblar.

İnsidentə səbəb İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika adlı şəxs Qurban bayramının ilk günü, iyunun 28-də Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırmasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu