İsveç səfiri Bəhreyn XİN-ə çağırılıb


Bəhreyn İsveç hökumətinin paytaxt Stokholmda Qurani-Kərimə hücum icazəsinə etiraz etmək üçün İsveçin müvəqqəti işlər vəkili Britta Liszt Ann Lindal-ı Xarici İşlər Nazirliyinə çağırıb.


Ölkənin rəsmi xəbər agentliyi olan BNA-nın məlumatına görə, Bəhreyn Xarici İşlər Nazirliyi İsveç rəsmilərinin Stokholmda ekstremistlər tərəfindən polisin himayəsi altında Qurani-Kərimin yandırılmasına icazə verməsini qətiyyətlə pisləyiblər.

Bəhreyn Xarici İşlər Nazirliyi Qurana təkrar hücumların müsəlmanların hisslərini oyatdığına işarə edərək, bu hərəkətlərin beynəlxalq qətnamə və konvensiyalara zidd olduğunu vurğulayıb.

İsveçin müvəqqəti işlər vəkili Britta Liszt Ann Lindala etiraz notası verilib və İsveçin bu cür hərəkətlərin qarşısını almaq üçün tədbirlər görməli olduğu qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu