İran İsveç və Danimarkadan gələn mallara embarqo tətbiq edəcək


İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Qurani-Kərimi təhqir edən təkrar hərəkətlər fonunda İsveç və Danimarkadan malların alınmasına embarqo tətbiq etməyi nəzərdən keçirəcək.


Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.

"İran İslam Respublikası adından İsveç və Danimarka hökumətlərinə və polisinə xəbərdarlıq etmək istərdim ki, İslam dünyası və İslam ümməti Qurani-Kərimə qarşı davam edən təhqirlərə dözməyəcək" - deyə o bildirib. Abdullahiyan qeyd edib ki, İƏT ölkələrinin xarici işlər nazirlərinin görüşündə islam dünyası tərəfindən İsveç və Danimarka mallarına embarqo qoyulması ideyası səsləndirilib: "Bu məsələyə xarici işlər nazirləri tərəfindən baxılacaq".

Avqustun 20-də İran Xarici İşlər Nazirliyi bu ölkələrdə Quran nüsxələrinin təkrar təhqir olunması halları ilə əlaqədar Danimarka və İsveçin İslam Respublikasındakı müvəqqəti işlər vəkilini çağırıb. Onlarla görüşlərdə iranlı diplomatlar qeyd ediblər ki, Danimarka və İsveç hökumətləri bu cür hərəkətlərin nəticələrinə görə tam məsuliyyət daşıyırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu