İran XİN İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb


"Beynəlxalq ictimaiyyət İsrail istehsalı olan mallara embarqo qoymalı, yəhudi dövlətinin özü də Qəzza zolağında törətdiyi hərbi cinayətlərə görə cəzalandırılmalıdır".


Bu sözləri İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahiyan Moskvada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü zamanı deyib.

"İsrailə enerji ixracını dayandırmaq və İsraildə istehsal olunan mallara embarqo tətbiq etmək Qəzza zolağı xalqı ilə həmrəylik nümayiş etdirmək üçün edə biləcəyimiz ən az şeydir" - deyə o qeyd edib. Onun fikrincə, İsrail rejiminin hərbi cinayətkarları beynəlxalq məhkəmələrdə mühakimə olunmalı və cəzalandırılmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu