İranın xarici işlər naziri: Yaxın Şərqdə müharibənin miqyasının genişləndirilməsi artıq başlayıb


İran İsrailin müharibəsinin Qəzza zolağına daha da genişlənməsini istəmədiyini bildirib, lakin ABŞ və İsrail rejiminin bölgədəki yanaşması müharibənin genişləndirilməsi ehtimalını yaradır.


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Cenevrəyə səfəri zamanı "Financial Times"a müsahibəsində belə deyib.

O, qeyd edib ki, müharibənin ilk həftələrində və günlərində Amerika rəsmiləri müəyyən diplomatik kanallar vasitəsilə İrana mesajlar göndərərək, Vaşinqtonun müharibənin miqyasını genişləndirmək istəmədiyini bəyan edib və İrandan təmkin nümayiş etdirməsini istəyiblər.

"Son 40 gün ərzində İsveçrənin Tehrandakı səfirliyində ABŞ-ın Maraqlar Bölməsi vasitəsilə İran və ABŞ arasında mesajlar mübadiləsi aparılıb", - Hüseyn Əmir Abdullahiyan deyib.

“ABŞ-a cavab olaraq dedik ki, İran müharibənin yayılmasını istəmir, ancaq əgər İsrail Qəzza və İordan çayının qərb sahili xalqlarına qarşı hərbi cinayətlər törətsə dayanmayacaq. Hər hansı bir ehtimal nəzərdən keçirilə bilər və daha genişmiqyaslı münaqişə qaçılmaz ola bilər”, - deyə İran XİN rəhbəri qeyd edib.

Əmir Abdullahyan əlavə edib ki, ABŞ Livan Hizbullah hərəkatına oxşar mesajlar göndərərək, hərəkatın təmkinli olmasını istəyib.

İranın xarici işlər naziri bildirib ki, bu xəbərlərə baxmayaraq, ABŞ İsrailə tam dəstəyini təklif edib və rejimi hər növ hərbi texnika və silahla təchiz edib ki, bu da müharibənin genişlənməsinə səbəb olur.

O vurğulayıb ki, Vaşinqtonun Təl-Əvivə hədsiz dəstəyi sübut edir ki, Birləşmiş Ştatlar Qəzzada müharibənin daha da genişlənməsinə qarşı çıxdığına dair bəyanatlarına sadiq deyil.

İran XİN rəhbərinin sözlərinə görə, bölgədə müharibənin miqyasının genişlənməsi artıq başlayıb.

“Yəmən ordusunun rəsmi açıqlamalar verməsi, işğal olunmuş ərazilərə raket və pilotsuz təyyarələrlə hücum etməsi müharibənin genişlənməyə başladığı və ya Hizbullahın üçüncü İsrail ordusu ilə vuruşması müharibənin genişləndiyini göstərir”, - deyə nazir bildirib.

O, əlavə edib ki, Fələstin müqavimət qrupları heç vaxt İrandan müharibəyə getməyi xahiş etməyiblər, çünki onlarda hər şey var və onlar öz raket və dronlarını istehsal edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu