Hüseyn Əmir Abdullahiyan: "ABŞ müharibənin həll yolu olmadığı qənaətinə gəlməlidir"


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İsrail və Fələstin arasında müharibəyə görə ABŞ-ın məsuliyyət daşıdığını bəyan edərək, Vaşinqton administrasiyasının müharibənin həll yolu olmadığı qənaətinə gəlməli olduğunu bildirib.



İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Qətərə səfər edən Abdullahiyan paytaxt Dohada Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə görüşüb.

Abdullahiyan, "Fələstinlilərə qarşı soyqırım törədən İsrailə sərhədsiz dəstək verən Vaşinqton beynəlxalq və hüquqi baxımdan məsuliyyət daşıyır. ABŞ müharibənin həll yolu olmadığı qənaətinə gəlməlidir" ifadələrini işlədib.

İranlı nazir qeyd edib ki, Qəzzaya qoyulan embarqoların aradan qaldırılması və humanitar yardımların çatdırılması üçün siyasi səylər davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu