İranlı nazir: "İsrail müharibə cinayətləri törətməyə davam edərsə, yeni cəbhə açılacaq"


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, İsrailin Qəzzaya qarşı hərbi cinayətləri davam edərsə, yeni cəbhənin açılması mümkündür.



Abdullahiyan İraq səfərindən sonra gəldiyi Livanın Beyrut Beynəlxalq Hava Limanında keçirdiyi mətbuat konfransında İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlama verib.

İranlı nazir Beyruta digər müsəlman dövlətləri ilə birlikdə İsrailin Qəzza xalqına qarşı törətdiyi qətllərə daha dözməyəcəklərini yüksək səslə bəyan etmək üçün gəldiklərini bildirib.

İranın Fələstin partiyalarını güclü şəkildə dəstəkləməyə davam edəcəyini bildirən Abdullahiyan deyib:

"Bəzi Qərb rəsmiləri sionist rejimə (İsrail) qarşı yeni cəbhənin açılmasının mümkünlüyü barədə soruşdular. Mən dedim ki, sionistlər hərbi cinayətlər törətməkdə davam edərlərsə, hər hansı bir ehtimal müqavimətin tərəfindədir".

İranlı nazir “qarşı müqavimət tərəfi” ifadəsinə aydınlıq gətirməsə də, bunun Livandakı Hizbullah olduğu məlumdur.

Abdullahiyan Livandakı təmasları çərçivəsində bu gün baş nazir Necip Mikati, parlament sədri Nebih Berri və livanlı həmkarı Abdullah Buhabib ilə görüşəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu