İran: "Nəzarət bütün tərəflərin əlindən çıxa bilər"


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İsrailin Qəzzaya hücumlarının həyəcanverici həddə çatdığını və nəzarətin hər an bütün tərəflərin əlindən çıxması ehtimalının olduğunu bildirib.



İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, Abdullahiyan Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinlə bağlı fövqəladə sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedərkən mətbuata açıqlama verib.

Abdullahiyan, ABŞ və bəzi Avropa ölkələrinin sionist rejimə kor-koranə dəstəyi və Qəzza xalqına qarşı qırğın və soyqırımları ucbatından Qərbi Asiya regionunda vəziyyət bütün ölkələr üçün qorxulu səviyyəyə çatdığını qeyd edib.

İsrailin hücumlarının tez bir zamanda dayandırılması və Qəzzaya humanitar yardımların çatdırılması lazım olduğuna diqqət çəkən İranlı nazir, fələstinli qrupların İsrailə qarşı öz torpaqlarını müdafiə etmək hüququna malik olduğunu və bunun beynəlxalq hüquqa və Birləşmiş Millətlər şərtlərinə uyğun olduğunu xatırladıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu