İranın xarici işlər naziri Beyrutda Hizbullah lideri Nəsrullahla görüşüb


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Hizbullahın baş katibi Həsən Nəsrullahla Fələstin, Livan və bölgədəki hadisələrlə bağlı görüşüb.


Hizbullahdan verilən açıqlamada bildirilir ki, İranın xarici işlər naziri Abdullahiyan və onu müşayiət edən heyət Hizbullah lideri Nəsrullah ilə rəsmi təmaslar üçün getdikləri Livanın paytaxtı Beyrutda görüşüb.

Fələstin və Livandakı son hadisələrin qiymətləndirildiyi görüşdə bölgədəki vəziyyət, hadisələrin gedişi ilə bağlı mövcud imkanlar və "İsrailin Qəzza zolağına təcavüzü"nün dayandırılması üçün edilən səylər müzakirə edilib.

İranın xarici işlər naziri Abdullahiyan Livan parlamentinin sədri Nəbih Berri, baş nazir Naguib Mikati, həmçinin Fələstin İslami Cihadın baş katibi Ziyad əl-Nəhhale və Həmas-ın Ərəb və İslam Dünyası ilə Əlaqələr İdarəsinin rəhbəri Xəlil əl-Hayye ilə də görüşüb.

Abdullahiyan Beyrut səfərindən sonra Qətərə yola düşəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu