Quranı yandıranlar İslam dünyası ilə İsveç arasında münasibətləri korlamaq üçün “faydalı axmaqlardır”


İsveçin keçmiş baş naziri Andersson İsveçdə Quranı yandıranlarla bağlı açıqlama verib.


AFN.az xəbər verir ki, sabiq nazir bu əməli törədənlərin İslam dünyası ilə İsveç arasında münasibətləri korlamaq üçün “faydalı axmaqlar” olduğunu deyib. İsveç Sosial Demokrat Partiyasının lideri və keçmiş baş nazir Mandalena Andersson ölkəsində Qurani-Kərimə hücum edənləri sərt şəkildə tənqid edib. İsveçin dövlət televiziyası SVT-yə danışan Andersson İsveçin NATO-ya üzvlük prosesini və ölkəsində Quranın yandırılması aksiyasını dəyərləndirib.

İsveçin mühüm NATO prosesindən keçdiyini bildirən Andersson ictimaiyyəti bu prosesə kömək etməyə çağırıb. "İsveçdə ifadə azadlığı qanununa əsasən, iyrənc şeylərin də edilə bilməsi, onların iyrənc şeylər olduğunu düşünməyə mane olmur. Bu, İsveçlə dövlətlərarası münasibətləri korlamaq istəyən qüvvələr üçün faydalıdır. Çılğın bir ruh halında Quranı yandırmanız və bunu təşviq etmənizlə siz İslam dünyası ilə İsveçin arasını vurmaq istəyən qüvvələrin əlində axmaqcasına faydalı olacaqsınız", - deyə Andersson deyib. bildirib.

İsveç Demokratlar Partiyasının "İfadə azadlığı çərçivəsində 100 Quran yandırıla bilər" açıqlamalarını da dəyərləndirən Andersson, "Hər zaman özünü ifadə etmək hüququna sahibsən. Bununla belə, bunun nəticələrini düşünmək də məsuliyyətin var" - deyə vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu