İsveçin keçmiş nazirindən "Türkiyəyə qarşı törədilən terror aktlarını ciddi qəbul etmədik" etirafı
İsveçin keçmiş xarici işlər naziri Ann Linde Türkiyənin terror hücumlarına ciddi şəkildə məruz qaldığını və İsveç də daxil olmaqla digər ölkələrin bu vəziyyəti ciddiyə almadığını bildirib.
İsveç dövlət televiziyası SVT-nin ölkənin NATO-ya üzvlük üçün müraciət prosesini işıqlandıran “Processen” adlı sənədli filmində fikirlərinə yer verilən Linde Türkiyənin terrorla bağlı mövqe ifadəsində haqlı olduğunu dilə gətirib.
2Düşünürəm ki, Türkiyə ciddi şəkildə terror hücumlarına məruz qalır və digər ölkələr, o cümlədən biz də buna ciddi yanaşmırlar", - deyə Linde bildirib.
Terror təşkilatı PKK/YPG-nin İsveçdə maliyyə qaynaqlarına malik olduğunu qeyd edən Linde, "Prezident Ərdoğanın maliyyə qaynaqlarını tənqid etmək hüququ var. Bu, İsveçin PKK-dan təhlükə almadığını tənqid etmək hüququdur".
Ann Linde 10 sentyabr 2019-cu ildən 2022-ci il oktyabrın 17-dək Sosial Demokrat hökumətində xarici işlər naziri vəzifəsində çalışıb. İsveç 18 may 2022-ci ildə Linde dövründə NATO-ya üzvlük üçün müraciət edib.