İsveç küçələri terror təşkilatı PKK/YPG-nin yeni təxribatının şahidi oldu


İsveçin paytaxtı Stokholmda Norra Bantorget meydanında toplaşan terror təşkilatı PKK/YPG tərəfdarları polis nəzarəti altında Türkiyə əleyhinə şüarlar səsləndirib və terror təşkilatı üçün təbliğat aparıblar.



Terror təşkilatı PKK/YPG tərəfdarları Norra Bantorget meydanında toplaşaraq, terror təşkilatını simvolizə edən paltarlar geyinərək, təşkilatın lideri Abdullah Öcalanın plakatını açaraq İsveç parlamentinə gediblər.

PKK/YPG tərəfdarları Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğan əleyhinə şüarlar səsləndiriblər.

İsveç polisi terror tərəfdarlarının yürüşlərini maneəsiz başa çatdırmaları üçün tədbir görüb və marşrutdakı yolları qısa müddətə nəqliyyata bağlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu