Avropa ölkələri artan PKK təhlükəsinə göz yumur


Terror təşkilatı PKK tərəfdarları Belçika, Almaniya, İsveç və Fransada şiddətli terror aksiyalarını davam etdirirlər.



Terror təşkilatının tərəfdarları həm türklərə, həm də yaşadıqları ölkənin xalqına, polisinə və qurumlarına zərər verirlər. Ölkələrin təhlükəsizlik qüvvələri isə Avropada artan PKK təhlükəsinə göz yumur.

Terror təşkilatı PKK tərəfdarları bir müddət əvvəl Belçikada terror törədiblər.

Onlar Limburqda və Brüsseldə təxribat törədiblər.

Lyejdə pəncərələri sındırıb, molotof kokteyli atıb, türklərin yerləşdiyi binalara hücum ediblər.

Hadisələrə polis müdaxilə etməyib.

Almaniyada terror təşkilatı tərəfdarları türklərə hücum edib.

Avropa Birliyinin ürəyi sayılan Belçika təşkilatın zorakılıq hərəkətləri törətdiyi yeganə ölkə deyil, Almaniyada da PKK tərəfdarları oxşar zorakılıq hərəkətləri həyata keçirib.

1993-cü ildən PKK-nın terror təşkilatı kimi qəbul edildiyi ölkədə terrorçu tərəfdarlar türk dərnək və qurumlarına hücum edib.

Hücumlardan biri Dortmund şəhərində baş verib.

Yürüşə çıxan PKK tərəfdarları əvvəlcə ətrafdakılarla mübahisə edib, daha sonra alman polisinin gözü qarşısında türk dükançılara hücum edib.

Oxşar görüntülər Almaniyanın bir çox şəhərində həm türklərə, həm də alman təşkilatlarına edilən hücumlarda müşahidə edilib.

PKK Parisi də döyüş meydanına çevirib

Fransa dəstəklədiyi terroru öz torpağında yaşayıb.

İrqçi bir fransızın üç terror təşkilatı tərəfdarını öldürməsi ilə başlayan hadisələr qısa müddətdə Paris küçələrini döyüş meydanına çevirib.

PKK tərəfdarları küçələrə çıxaraq polisə daş və dəyənəklə hücum ediblər.

Onlar nəqliyyat vasitələrinin şüşələrini sındırıb, maşınları tərsinə çevirərək yandırıblar.

İsveç küçələri də tez-tez PKK tərəfdarlarının təxribatlarına səhnə olur.

Terror təşkilatının tərəfdarları sonuncu dəfə ötən ilin oktyabrında paytaxt Stokholmda görünüb.

PKK tərəfdarları polis nəzarəti altında terror təşkilatı təbliğatı aparıblar.

Mənbə:TRT Haber



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu