Belçikada terror təşkilatı PKK-nın televiziya kanallarında əməliyyat keçirilib


Belçika polisi terror təşkilatı PKK-nın sözdə media strukturuna qarşı əməliyyat keçirib.


Belçika mətbuatı xəbər verir ki, federal polis ölkənin Flamand bölgəsinin Denderleuv qəsəbəsində yerləşən və terror təşkilatı PKK-nın təbliğatını aparan "Sterk TV" və "Medya Haber" TV-nin istifadə etdiyi ofislərə basqın edib.

Çox sayda Belçika polisinin qatıldığı əməliyyat çərçivəsində ofislərdə axtarış aparılıb. Təxminən 5 saat davam edən əməliyyatda bəzi kompüterlər və çoxlu sənəd ələ keçirilib.

Denderleuv Bələdiyyə Başçısı Co Fonk terror təşkilatı televiziyasına polisin əməliyyat keçirdiyini təsdiqləyib.

Terror təşkilatı PKK/YPG-nin 150-yə yaxın tərəfdarı martın 25-də Brüsseldə Avropa Parlamentinin qarşısındakı barrikadaları sökərək polisə hücum edib. Əvvəlcə Türkiyənin Brüssel səfirliyinin yerləşdiyi küçəyə, daha sonra AB qurumlarının yerləşdiyi Şuman meydanına doğru getmək istəyən kütlə polis maneələri ilə qarşılaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu