Türkiyə kəşfiyyatı PKK terror qruplaşmasının rəhbərlərindən birini məhv edib


Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı İraqın şimalında terrorçulara qarşı növbəti əməliyyat keçirib.


“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK/YPG terror qruplaşmasının Mahmud-Kərkük-Süleymaniyyə üzrə qondarma səlahiyyətli nümayəndəsi “Ahmet Rubar” kod adlı Mehmet Erdoğan məhv edilib.

Terror təşkilatı 2021-ci ildən onu adı çəkilən ərazi üzrə “nümayəndə” təyin edibmiş. Mehmet Erdoğan Hacı Mirzə Ali adına hazırlanan saxta sənədlə gəzirmiş.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu