Türkiyə İsveçə nota verdi


İsveçin Ankaradakı səfiri PKK/PYD/YPG tərəfdarları tərəfindən yanvarın 11-də Stokholmda həyata keçirilən terror təbliğatı ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılara nota verilib.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, İsveçdə terror təşkilatı PKK tərəfdarları prezident Rəcəb Tayyib Ərdoğanın maketini asaraq hədəf alıb. Bundan sonra İsveçin Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq nota verilib.

Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə edilən məlumatda bildirilir ki, nazirliyə çağırılan səfirə baş verənlərlə bağlı Türkiyə dövlətinin mövqeyi elan edilib: "Bu mənfur əməli qətiyyətlə pislədiyimiz və etiraz etdiyimiz sərt ifadələrlə səfirin diqqətinə çatdırıldı. İsveçin götürdüyü üçtərəfli öhdəliklərin açıq şəkildə pozulmasına, ölkəmizi açıq şəkildə təhdid edən bu cür terror aktlarına yol verilməməsini tələb etdik. Həmçinin bu kontekstdə aksiyanın səbəbkarlarının müəyyən ediləcəyi, lazımi tədbirlərin görüləcəyi və İsveçin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə dair gözləntimiz vurğulandı".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu