İsveç səfiri Türkiyə XİN-ə çağırılıb
İsveçin Ankaradakı səfiri Staffan Herrström Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
AFN.az NTV-yə istinadən xəbər verir ki, səfirin XİN-ə çağırılması PKK tərəfdarlarının Stokholmda keçirdiyi aksiya ilə əlaqədardır.
İsveçin paytaxtında PKK tərəfdarlarının keçirdiyi aksiyada iştirakçılar Türkiyə Hərbi Hava Qüvvələrinin Şimali İraq və Suriyada yeni hərbi əməliyyatına etiraz ediblər. Eyni zamanda səfirliyin binasında təbliğat xarakterli foto və təhqirlər səsləndiriblər. Türkiyə XİN səfir vasitəsilə məsələnin araşdırılmasını və hadisədə iştirak edənlərin tapılmasını xahiş edib.