Fransa səfiri Türkiyə XİN-ə çağırılıb
Fransanın Ankaradakı səfiri Herve Maqro Xarici İşlər Nazirliyinə çağırılıb.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfirin diqqətinə Fransada Türkiyəyə qarşı başladılan qara piardan narahatlıq çatdırılıb.
Türkiyə XİN-in Fransaya nota verib-verməyəcəyi haqda hələlik açıqlama verilməyib. Səfirin XİN-ə çağırılması ilə bağlı detallar açıqlanacaq.