Fransa səfiri Türkiyə XİN-ə çağırılıb


Fransanın Ankaradakı səfiri Herve Maqro Xarici İşlər Nazirliyinə çağırılıb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfirə Fransa Senatında PKK/YPG üzvlərinə medal verilməsi ilə bağlı irad bildirilib və bu, şiddətlə pislənilib.
Qeyd edək ki, terror təşkilatı PKK-nın Suriya qanadı YPG və onun qadın qolları olan YPJ üzvləri Fransa Senatında qəbul edilərək “şərəf" medalı ilə təltif edilmişdi. Türkiyə XİN bunu qətiyyətlə pisləyərək Fransa səfirinə iradını çatdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu