PKK-nın İsveçdə təşkil etdiyi nümayişlərlə bağlı cinayət işi açıldı
Türkiyə Prezidenti Ərdoğanın vəkilləri terror təşkilatı PKK-nın İsveçdə təşkil etdiyi nümayişlərlə bağlı cinayət işi açıb.
AFN.az xəbər verir ki, bu barədə CNNTürk məlumat yayıb.
Qeyd edək ki, İsveçdə PKK-nın Türkiyə əleyhinə təşkil etdiyi etiraz aksiyasında Ərdoğanın posteri tərsinə asılıb. Bundan sonra İki ölkə arasında gərginlik yaranıb. Belə ki, İsveçin Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağrılaraq nota verilib. Həmçinin İsveç parlamentinin spikerinin Türkiyəyə planlaşdırılan səfəri Türkiyə Böyük Millət Məclisi sədri Müstafa Şəntop tərəfindən ləğv edilib.