Türkiyənin təhlükəsizlik problemlərini yaxşı başa düşürük - isveçli diplomat


İsveçin NATO Üzvlüyünün baş müşaviri Oscar Stenström deyib ki, Türkiyənin təhlükəsizlik narahatlıqlarını daha yaxşı anlayırıq və görülən tədbirlər İsveçin təhlükəsizliyini də artıracaq.


AFN.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Stenström 28 iyunda NATO-nun Madrid Zirvə toplantısında Türkiyə və Finlandiya ilə imzalanan memorandum çərçivəsində İsveçin lazımi addımları atmaqda qərarlı olduğunu bir daha vurğulayib. Razılaşma çərçivəsində alınan öhdəliklərə İsveç hökuməti tərəfindən üstünlük verildiyini bildirən baş müşavir əlavə edib ki, hamımız bunun üzərində işləyirik və razılaşmanı tam şəkildə yerinə yetirəcəyik. Yeni terror qanununa toxunan Stenström, bundan sonra başda PKK olmaqla, hansısa bir terror cinayətinə qarışmış hər kəs üçün həyatın çətinləşəcəyini qeyd edib.
Noyabrın 13-də İstanbulda PKK/YPG tərəfindən törədilən terror aktına görə başsağlığı verən Stenström İsveçin terrorla mübarizənin bir parçası olmağa hazır olduğunu dilə gətirib: “İsveç və Türkiyə arasında mövcud olan müsbət ikitərəfli münasibətlər İsveçin NATO üzvü kimi qəbul edilməsi ilə daha da möhkəmlənəcək”. Stenström ölkəsinin terrora ciddi yanaşdığına və üçlü memorandumun tələblərini yerinə yetirəcəyinə diqqət çəkib. İsveçin dəyişdiyini dilə gətirən Oscar Stenström, "Türkiyənin təhlükəsizlik narahatlıqlarını daha yaxşı anlayırq və bu istiqamətdə atılan addımlar İsveçin təhlükəsizliyini də artıracaq" deyə bildirib. Terrorun, terror təşkilatı PKK-nın maliyyələşdirilməsinin Türkiyə üçün təhdid olduğunu qeyd edən Stenström bunun İsveç cəmiyyətinə də zərər verdiyini bildirib: "İsveç heç bir terrorçu üçün təhlükəsiz sığınacaq olmamalıdır və olmayacaq, ona görə də biz təhlükəsizlik xidmətlərimiz arasında əməkdaşlığımızı gücləndiririk. Biz bu xidmətlərə və müdafiəyə daha çox vəsait ayırırıq. Tükiyə ilə NATO-da birlikdə əməkdaşlıq etməkdən məmnun olacayıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu