İsveç: Biz Türkiyənin bütün tələblərini yerinə yetirə bilmərik


İsveçin baş naziri Ulf Kristersson Türkiyənin NATO-ya üzvlüklə bağlı bütün tələblərini yerinə yetirə bilməyəcəklərini bildirib.


AFN.az xəbər verir ki, Ulf Kristersson açıqlamasında Türkiyənin İsveçin NATO üzvlüyü üçün nə verə bilməyəcəyini soruşduğunu deyib. İsveçin NATO üzvlüyünün Türkiyənin əlində olduğuna diqqət çəkən XİN rəhbəri "Türkiyə üçlü Memorandum çərçivəsində etdiklərimizi təsdiqləyir, lakin bizim onlara verə bilmədiyimiz və vermək istəmədiyimiz şeyləri istəyir. Biz bütün şərtləri yerinə yetirə bilmərik. Türkiyənin tələblərinin hamısını qarşılaya bilmərik” - deyə bildirib.
Kristersson qeyd edib ki, Türkiyə parlamentinin İsveçin NATO-ya qəbulu ilə bağlı nə vaxt səs verəcəyini bilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu