Türkiyə və İranın xarici işlər nazirləri arasında danışıqlar aparılıb


Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla telefon danışığı aparıb.


Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər bir sıra Avropa ölkələrində Qurani-Kərimi təhqir edən hərəkətləri müzakirə ediblər.
Diplomatlar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) tədbirləri və müsəlmanların müqəddəs kitabına edilən təcavüzlərə cavab olaraq Ankara və Tehranın birgə tədbirləri haqda danışıblar.
Türkiyə mətbuatı xəbər verir ki, tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini də nəzərdən keçiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu