Avstraliyada sərnişin təyyarədə xaosa səbəb olub - təyyarə geri dönüb


Avstraliyada sərnişin çılpaq şəkildə təyyarənin dəhlizində qaçaraq, stüardessanı sonra pilot kabinəsinin qapısını yumruqla vuraraq, təyyarədən geri dönməsini tələb edib.



"Virgin Australia" aviaşirkətinə məxsus VA696 reysi Melburna getmək üçün Perthdəki Perth hava limanından qalxıb.

Təxminən 3,5 saat davam edəcəyi gözlənilən uçuş sərnişinin qəribə davranışı səbəbindən yarımçıq qalıb.

Səyahət zamanı adı açıqlanmayan sərnişin dəhlizdə çılpaq şəkildə qaçaraq stüardessanı vurub və təyyarənin dönməsini tələb edib.

Kokpit qapılarını yumruqla vuran sərnişin növbətçi təhlükəsizlik işçiləri tərəfindən zərərsizləşdirilib.

Virgin Australia aviaşirkətindən verilən açıqlamada sərnişinin xaosa səbəb olması səbəbindən təyyarənin Perth hava limanına geri döndüyü bildirilib.

Hadisə zamanı xəsarət alan olmayıb, polis təyyarədə qarışıqlıq yaradan sərnişini saxlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu