Uçuşdan əvvəl təyyarənin təcili çıxış qapısını açmağa cəhd edən sərnişin saxlanılıb


Tailandda sərnişin təyyarənin havaya qalxmasına az qalmış təcili çıxış qapısını açmağa cəhd etdiyi üçün saxlanılıb.



The Straits Times-ın xəbərinə görə, ölkənin şimalındakı Chiang Mai hava limanından havaya qalxmağa hazırlaşan Thai Airways-ə məxsus "TG121" sərnişin təyyarəsində baş verən hadisə və saxlanılan sərnişinlə bağlı polis açıqlama verib.

Açıqlamada bildirilib ki, hadisə baş verən zaman sərnişinin panika tutması, təyyarənin ön hissəsindəki təcili çıxışa doğru qaçaraq qapının kilidini açmağa çalışdığı, kimsənin hücum edəcəyini qışqırdığı bildirilib.

Açıqlamada sərnişinin kabin heyəti tərəfindən saxlanılaraq polisə təhvil verildiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu