ABŞ Husiləri yenidən xarici terror təşkilatları siyahısına əlavə etməyə hazırlaşır


ABŞ rəhbərliyinin Yəməndə husilər kimi tanınan Ənsarullah təşkilatını Qırmızı dənizdəki son hücumlarına görə yenidən xarici terror təşkilatları siyahısına daxil etməyə hazırlaşdığı bildirilib.



American Associated Press (AP) xəbər agentliyinin adı açıqlanmayan Amerika rəsmilərinə əsaslanaraq verdiyi xəbərə görə, Co Bayden administrasiyasının Husilərlə bağlı qərarını qısa müddət ərzində rəsmən açıqlaması gözlənilir.

ABŞ mətbuatında əksini tapan xəbərlərdə İsrailin Qəzzaya hücumlarına cavab olaraq Qırmızı dənizdə gəmilərə hücumlar həyata keçirən İranın dəstəklədiyi Husilərin yenidən terror təşkilatları siyahısına əlavə oluna biləcəyi bildirilib.

Bayden administrasiyasının sözügedən tənzimləməni etməsi ilə Husilər İmmiqrasiya və Vətəndaşlıq Qanunu və Xarici Terror Təşkilatları haqqında 13224 saylı Prezident Fərmanı çərçivəsində yenidən “Qlobal Xüsusi Terror Təşkilatı”nın əhatəsinə düşəcəklər.

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken Yəməndə husilər kimi tanınan Ənsarullah təşkilatını 16 fevral 2021-ci il tarixindən etibarən xarici terror təşkilatları siyahısından çıxardıqlarını açıqlayıb. Sözügedən qərarın Yəməndə humanitar vəziyyətin son dərəcə pisləşməsi ilə əlaqədar qəbul edildiyi bildirilib.

Husilər daha əvvəl Donald Tramp administrasiyasının son günlərində xarici terror təşkilatları siyahısına əlavə edilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu