Qırmızı dənizdə gərginlik azalmır


Qlobal ticarətin 15 faizinin keçdiyi Qırmızı dənizdə gərginlik davam edir.



Vaşinqton administrasiyası Yəməndə yerləşən husiləri terrorçu qruplar siyahısına daxil etdiyini açıqlayıb.

Qərarın beynəlxalq dəniz ticarətinə hücumların qarşısını almaq məqsədi daşıdığı bildirilib. Husilərin hərəkətlərinin qlobal ticarəti pozduğu iddia edilirdi.

ABŞ rəsmisi bildirib ki, husilər ticarət gəmilərinə hücumu dayandırsalar, siyahıdan çıxarıla bilərlər.

Qərar ABŞ və Britaniya qüvvələrinin keçən həftə Yəməndə husilərə qarşı keçirdiyi əməliyyatdan sonra verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu