Ağ Ev Qırmızı dənizdəki hücumlarda İranı məsul tutub


Qırmızı dənizdə artan husi hücumlarının arxasında İranın olduğunu iddia edən ABŞ rəhbərliyi, bu hücumlar qarşısında müttəfiq ölkələrlə Dəniz İşçi Qrupunun yaradılması prosesinin davam etdiyini açıqlayıb.


Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ağ Evdə keçirdiyi mətbuat konfransında Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumlarla bağlı dəyərləndirmə edib.

Kirbi, sözügedən hücumların arxasında İranın olduğunu bildirərək, "Silahları İran verir, tətiyi husilər çəkir" deyib.

Kirbi həmçinin bir çox müttəfiq ölkənin sözügedən hücumların qarşısını almaq üçün ABŞ-ın rəhbərliyi ilə yaradılacaq Dəniz İşçi Qrupuna qoşulmaq niyyətini ifadə etdiyini açıqlayıb və danışıqların davam etdiyini, yaxın zamanda konkret hadisələrin olacağını bildirib.

O, 39 ölkənin iştirak edəcəyi Dəniz İşçi Qrupunun Qırmızı dənizdə husilərin hücumlarının qarşısının alınmasında çox təsirli olacağına inandıqlarını vurğulayıb.

Tehran administrasiyası isə Qırmızı dənizdəki hücumlarla əlaqəsi olması iddialarını rədd edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu