İran sanksiyalara görə Avropanı nüvə silahı ilə hədələdi


Avropa Parlamentinin İran İslam İnqilabı Keçikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil etmək planlarına cavab olaraq rəsm Tehran Nüvə Silahlarının Yayılmamasın dair Müqavilədən çıxa bilər.


AFN.az-ın məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian belə açıqlama verib.
“Bəzi avropalı diplomatlar, məsələn, Almaniyanın xarici işlər naziri kifayət qədər təcrübəyə malik olmasalar da, işləyirlər. Əgər onlar ağıllı kurs tutmasalar və siyasi baxışlarını islah etməsələr, İran bütün variantları nəzərdən keçirəcək”-nazir belə deyib.
Qeyd edək ki, yanvarın 18-də Avropa Parlamenti Avropa İttifaqını İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil etməyə və ona qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu