“Araz-Naxçıvan”dan baş məşqçisi ilə bağlı qərar


“Araz-Naxçıvan” baş məşqçisi Elmar Baxşıyevlə yeni müqavilə imzalayıb.


AFN.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Anlaşmanın müddəti 1 ildir. Mütəxəssis 2024/25-ci il mövsümündə “qırmızı-ağlar”ı çalışdıracaq. “Araz-Naxçıvan”ın yeni mövsümlə bağlı hazırlıq planı, eləcə də transfer çalışmaları barədə ətraflı məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, başa çatan mövsümün son 7 oyununda “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu