"Araz-Naxçıvan" bosniyalı qapıçını transfer edib


Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” heyətini yeni qapıçı ilə gücləndirib.


Klubdan verilən məlumata görə, Naxçıvan təmsilçisi bir müddətdir baxışda olan, “Turan Tovuz”la yoxlama oyununda da iştirak edən bosniya və herseqovinalı Semir Bukviçlə anlaşıb.

32 yaşlı qolkiperlə 1 mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, Semir Bukviç son olaraq ölkəsində “Sloboda Tuzla”nın formasını geyinib. Klub daha əvvəl legionerlərdən portuqaliyalı Nuno Migel və braziliyalı Vandersonla 1 illik sözləşmə imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu