"Turan Tovuz" "Zenit"in yetirməsini transfer edib


Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.


AFN.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tovuz təmsilçisi Rusiya "Zenit"inin yetirməsi Ayxan Hüseynovu transfer edib.

23 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rusiyada "Ural-2", "Leninqradets" və "Nijni Novqorod" komandalarının da formasını geyinmiş forvard 2014-cü ildə Azərbaycanın U-16 yığmasına da dəvət alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu