“Turan Tovuz” 4 futbolçusu ilə yeni müqavilə imzalayıb


“Turan Tovuz” 4 futbolçusu ilə yeni müqavilə imzalayıb.


Bu barədə bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib.

42 yaşlı mütəxəssis qapıçılar Tərlan Əhmədli, Kamal Bayramov, müdafiəçi Şəhriyar Əliyev və yarımmüdafiəçi Ayxan Quseynovla mövsümün sonuna qədər olan sözləşmə müddətinin birillik uzadıldığını açıqlayıb.

Daha əvvəl moldovalı müdafiəçi Denis Marandiçi yeni 1 illik sazişə qol çəkmişdi.

Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqada mövsümün sonuna iki tur qalmış 38 xalla 6-cı pillədə qərarlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu