“Turan Tovuz”un avtobus problemi həll olundu
![](/uploads/posts/2023-03/1678172377_turan.jpg)
“Turan Tovuz” istəyinə çatıb.
Mövsümün əvvəlindən avtobus almağa çalışan bölgə təmsilçisinin arzusu reallaşıb.
Klubun yeni sponsoru “Turan Tovuz”a nəqliyyat vasitəsi alıb. Həmin avtobus AFFA-nın Hesabat Konfransının keçiriləcəyi hotelin qarşısına gətirilib.
AFFA Futbolun İnkişafı Fondu uzun müddətdir ki, kluba avtobus alınması üçün ianə kampaniyası həyata keçirirdi.