"Turan Tovuz" nigeriyalı futbolçu ilə müqavilə imzalayıb


"Turan Tovuz" klubu növbəti futbolçu transferini gerçəkləşdirib.


AFN.az Tovuz təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, nigeriyalı Henri Okebuqvu ilə 1 illik müqavilə imzalanıb.

24 yaşlı yarımmüdafiəçi Albaniyanın “Eqnatiya”, “Partizani” və “Kastrioti” klublarında çıxış edib.

Qeyd edək ki, Henri Okebuqvu Nigeriyanın aşağı yaş qrupları üzrə milli komandalarının da formasını geyinib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu