Çin sahil mühafizə gəmiləri 158 gündür mübahisəli Senkaku ətrafındadır


Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafında 158 gündür Çin sahil mühafizə gəmilərinin göründüyü açıqlanıb.



Yaponiya Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa açıqlamasında Çin sahil mühafizə gəmilərinin mübahisəli Senkaku adaları ətrafında hərəkətinə reaksiya verib.

Dünən adalar ətrafında və Yaponiya ərazi suları xaricində 4 Çin sahil mühafizə gəmisinin yenidən təsbit edildiyini qeyd edən Hayaşi, məsələ ilə bağlı narahatlığını dilə gətirib.

2012-ci ildən sonra ən uzun dövr olan 158 gün ardıcıl olaraq adaların ətrafındakı bitişik bölgədə Çin gəmilərinin göründüyünü ifadə edən Hayaşi, ölkəsinin sözügedən fəaliyyətə çox ciddi yanaşdığını və vəziyyəti gərginliklə izlədiklərini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu