Çin sahil mühafizə gəmilərinin Yaponiyanın ərazi sularını pozduğu iddia edilir


Şərqi Çin dənizindəki mübahisəli Senkaku arxipelaqı ətrafında Çinin iki sahil mühafizə gəmisinin Yaponiya ərazi sularını pozduğu iddia edilib.


Okinava əyalətinin Naha rayonunda yerləşən 11-ci Bölgə Sahil Mühafizəsi Qərargahının açıqlamasına görə, Çin gəmiləri Uotsuri və Minami-koji adalarına yaxınlaşaraq 31 saat bölgədə qalıb və Yaponiya sahil mühafizəsinin xəbərdarlığından sonra ayrılıb.

NHK telekanalının məlumatına görə, son insident bu il Senkaku ətrafında Çinə aid vasitələr tərəfindən Yaponiyanın ərazi sularının 8-ci dəfə pozulması kimi qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu