Çin Yaponiyanın ərazi sularını pozdu


Çin sahil mühafizə gəmilərinin həftə sonu Şərqi Çin dənizindəki mübahisəli Senkaku arxipelaqı ətrafında Yaponiyanın milli ərazi sularını pozduğu bildirilir.



Okinava əyalətinin Naha rayonunda yerləşən 11-ci Region Sahil Mühafizəsi Qərargahının bəyanatına görə, Çin sahil mühafizə gəmiləri Yaponiyanın ərazi sularını pozub.

Yaponiya Sahil Mühafizəsi noyabrın 4-ü günortadan əvvəl Minami-Kojima bölgəsinə daxil olan və oradakı Yapon balıqçı gəmilərinə yaxınlaşan Çin gəmilərinə xəbərdarlıq edib.

Xəbərdarlıq və qabaqlayıcı tədbirlərdən sonra Çin gəmiləri noyabrın 5-i günorta saatlarında bölgəni tərk edib və burada təxminən 39 saat qalıblar. Bu pozuntu bu il 30-cu dəfə baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu