ABŞ-da iş elanında ayrı-seçkilik ifadələri yer alan şirkətə cərimə kəsilib


ABŞ-ın Virciniya ştatında iş elanında ayrı-seçkilik ifadələri yer alan şirkət 7500 dollar cərimə olunub.



CNN-in məlumatına görə, "Arthur Grand Technologies" adlı şirkət internet saytında biznes analitiki vəzifəsi üçün yalnız ABŞ əsilli, ağdərili və Dallasdan 100 kilometr məsafədə yaşayan yerli sakinlər axtardığını elan edib.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyi və Əmək Nazirliyinin birgə başlatdığı araşdırmadan sonra şirkət iş elanında ayrı-seçkilik ifadələrinin yer alması səbəbilə 7500 dollar cərimə olunub.

Mövzu ilə bağlı CNN-ə açıqlama verən şirkətin top meneceri Şeyx Rəhmətullah reklamın şirkət işçilərindən birinin şəxsi e-poçtundan edildiyini iddia edib: "Bu icazəsiz yazı əsəbi bir işçi tərəfindən şəxsi e-poçt ünvanından və hesabından edilib. Biz aşkar etdikdən sonra belə bir hadisənin bir daha təkrarlanmaması üçün dərhal və qəti tədbirlər gördük, o cümlədən məsul işçini işdən çıxardıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu