Nəvaz Şərif 7 ildən sonra partiya sədri təyin edilib


Pakistanın keçmiş baş naziri Nəvaz Şərif Müsəlman Liqası-Nəvaz Partiyasının (PML-N) sədri seçilib.



2017-ci ildə korrupsiya hallarına görə PML-N sədri postunu tərk edən keçmiş baş nazir Şərif yenidən partiya rəhbərliyinə keçib.

Bundan əvvəl 3 dəfə Pakistanın baş naziri olmuş Şərif 7 ildən sonra ölkənin ən önəmli partiyalarından olan PML-N-nin rəhbəri olub.

Pakistanın baş naziri Şahbaz Şərif mayın 13-də böyük qardaşı Nəvaz Şərifin partiyaya rəhbərlik etməsinə icazə vermək üçün tutduğu vəzifədən istefa verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu