İspaniya Fələstin dövlətini rəsmən tanıdı - YENİLƏNİB
İspaniya Fələstin Dövlətini rəsmən tanıdığını açıqlayıb.
İspaniyanın Baş naziri Pedro Sançez Fələstin Dövlətini bu gün beynəlxalq insan haqlarına hörmət edən və beynəlxalq hüquqa uyğun şəkildə rəsmi olaraq tanıyacaqlarını bildirib.
***
İspaniyanın Baş naziri Pedro Sançes İspaniya paytaxtı Şərqi Qüds olan, Qəzza zolağı və İordan çayının qərb sahilini əhatə edən Fələstin dövlətini tanıdığını açıqlayıb.
İspaniyanın baş naziri Pedro Sançes ölkəsinin Qəzza zolağı və İordan çayının qərb sahilini əhatə edən, Fələstin Milli Administrasiyasının rəhbərliyi altında birləşən və Şərqi Qüds də daxil olmaqla Fələstin dövlətini tanıyacağını bildirib.
Televiziyadakı çıxışında o, bütün tərəflər razılığa gəlməyincə İspaniyanın 1967-ci ildən sonra Fələstin sərhədlərində heç bir dəyişikliyi tanımayacağını vurğulayıb.
İspaniya hökumətinin bu gün axşam saatlarında tanınmanı rəsmən təsdiqləməsi planlaşdırılır