İranda sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən məcburi eniş edib


İranda Tehran-Xürrəmabad reysi üçün havaya qalxan İran Hava Yollarına məxsus sərnişin təyyarəsinin texniki nasazlıq səbəbindən məcburi eniş etdiyi bildirilib.



İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, mövzu ilə bağlı Xürrəmabad Hava Limanının İctimaiyyətlə Əlaqələr Müdirliyindən açıqlama verilib.

Xəbərdə təyyarənin texniki nasazlıq səbəbindən Tehranın Mihrabad hava limanına geri döndüyü, lakin sərnişinlərin vəziyyəti ilə bağlı məlumat verilmədiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu