Pakistan və İran ABŞ-ın xəbərdarlığına baxmayaraq qaz kəmərini tamamlayacaq


Pakistanın xarici işlər naziri İshaq Dar ABŞ-ın xəbərdarlığına baxmayaraq, İranla "Mir" qaz kəmərinin tamamlanacağına əminliyini ifadə edib.


AFN.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, o, bu barədə İslamabadda keçirdiyi mətbuat konfransında açıqlama verib. “ABŞ Pakistan-İran qaz kəməri layihəsini dəstəkləmədiyini bildirib və Tehranla iş apararkən sanksiyalar riski barədə xəbərdarlıq edib. ABŞ və ya digər ölkələrin nə deməsindən asılı olmayaraq, biz öz maraqlarımızı rəhbər tutmalı və onlara uyğun hərəkət etməliyik”, - deyə Dar qeyd edib.

"Pakistan heç bir diktəyə tabe olmayacaq. Pakistan suveren dövlətdir, biz digər ölkələrin suverenliyinə hörmət edirik və onlardan Pakistanın suverenliyinə hörmət etmələrini gözləyirik" - XİN rəhbəri fikrini belə tamamlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu