Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə bu vəzifəyə Sadiq Cabir oğlu Əliyev gətirilib.
Qeyd edək ki, S. Əliyev 2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Ailəlidir, 3 övladı var.