Fırtınalar Texasda 1 milyondan çox evi və obyekti işıqsız qoydu


Həftə sonu Texas, Oklahoma, Arkanzas və Kentukki ştatlarında baş verən qasırğada ölənlərin sayı 24-ə yüksəlib.


"CBS News"un məlumatına görə, Texas ştatının Dallas şəhərində 2024-cü il prezident seçkilərində səs verməyə gedən seçicilər təxminən 100 səsvermə məntəqəsində elektrik enerjisinin olmadığını bildiriblər.

Dallas dairəsinin hakimi Kley Cenkins bölgədə "fəlakət vəziyyəti" elan edərək, elektrik enerjisinin kəsilməsinin bir neçə gün davam edə biləcəyini deyib. Cenkins qeyd edib ki, fırtına və dolu səbəbindən elektrik kəsilməsindən zərər çəkən qocalar evləri generatorlara qoşulub.

Texasda ümumilikdə 1 milyondan çox ev və iş yeri elektriksiz qalıb. Bunlardan 800 mini Hyustondadır.

Hyustonda sürətinin saatda təxminən 113 kilometrə çatacağı gözlənilən fırtınalar üçün əlavə tədbirlər də görülüb.

Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin direktoru Deanne Crisvellin həftə sonu görülən tornadoların təsirlərini qiymətləndirmək üçün Arkanzasa səfəri gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu